KANAL24.AZ
Az Iw En Ru

SOCAR-dan növbəti qanvermə kampaniyası

 A.İsgəndərova. SOCAR-da növbəti qanvermə kampaniyasına start verilib.Bu il üzrə hazırlanmış qrafikə uyğun olaraq SOCAR-ın bütün struktur bölmələrinə daxil olan idarə və müəssisələrdə çalışan əməkdaşların kampaniyada könüllü iştirakı nəzərdə tutulur. Bu xeyirxah işə ilk olaraq noyabrın 15-də SOCAR-ın baş ofisində start verilib. SOCAR-ın baş ofisinin 80-dən çox əməkdaşı talassemiyadan əziyyət çəkən uşaqlara qan vermək üçün “Donor günü”ndə fəal iştirak ediblər. Aksiya ümumilikdə şirkətin bütün idarə və müəssisələrini əhatə edəcək. İndiyədək SOCAR-ın 27 min 573 əməkdaşı bu humanitar aksiyada donorluq edərək qan veriblər.

SOCAR-ın çoxminli kollektivi 2009-cu ildən etibarən hər il könüllü olaraq talassemiyalı uşaqlara yardım etmək üçün qanvermə aksiyasında iştirak edir.


20:23 15.11.2016
Xəbər lenti
Bütün xəbərlər