KANAL24.AZ
Az Iw En Ru

Söz verilmədiyi üçün mükafatdan imtina etdi

Türkiyədə 43-cü “Altın Kelebek” mükafatları öz sahiblərini tapıb.

Türkiyə KİV-i xəbər verir ki, gecədə ilin ən yaxşı serialı olan “Diriliş Ertuğrul” mükafatını geri qaytarıb.

Bu barədə ekran işçinin prodüseri və ssenaristi məlumat verib.

Mehmet Bozdağ mükafat aldıqdan sonra ona söz verilmədiyi üçün belə bir addım atıb.

“Mükafata layiq idik. Çünki ekran işi 3 mövsümdür ki, reytinqdə birinci sıradadır. Biz mükafatı alanda bizə səs verən xalqın nümayəndələrinə təşəkkürümüzü bildirmək istəyirdik. Hər bir mükafatı alan şəxsə söz verildi, bizə isə yox. Bunu hörmətsizlik kimi qəbul edirik və mükafatı geri qaytarırıq”.


17:03 14.11.2016
Xəbər lenti
Bütün xəbərlər