KANAL24.AZ
Az Iw En Ru

IV Beynəlxalq Mstislav Rostropoviç Festivalının vaxtı açıqlandı

Noyabrın 30-dan dekabrın 2-dək Orenburqda IV Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək. Festivalın təşkilatçıları Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Orenburq Vilayət Hökuməti, Mstislav Rostropoviç Humanitar və Mədəni Proqramlar Fondu və Orenburq Dövlət Filarmoniyasıdır.

Noyabrın 30-da festivalın açılış mərasimində Orenburq Dövlət Filarmoniyasında C.Verdinin “Riqoletto” operası nümayiş etdiriləcək.

Musiqi axşamlarının əsas qəhrəmanları Qalina Vişnevskaya adına Opera İfaçılığı Mərkəzinin solistləri olacaq. Festivala Aydar Qaynullinin və “Eyforiya” ansamblının konserti ilə yekun vurulacaq.


05:52 14.11.2016
Xəbər lenti
Bütün xəbərlər