KANAL24.AZ
Az Iw En Ru

Xeyriyyə konserti keçiriləcək - “Biz bir ailəyik”

Dekabrın 1-də Heydər Əliyev Sarayında Beynəlxalq Əlillər Gününə həsr olunmuş xeyriyyə konserti keçiriləcək. Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən “Biz bir ailəyik” adlı konsertin hazırlanmasında məqsəd fiziki qüsurlu insanların istedadını nümayiş etdirməkdi.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, konsertdə fiziki qüsurlu istedadlı ifaçılar Talıbov Mehman, Həsənov Polad, Məmmədova Vüsalə, Mikayılova Kifayət, Ağamirova Rəvanə, Hacıyeva Xatirə, Əliyev Seymur, Babayev Ramil, alətlərdə solo Abışov Məhəmməd, Əhmədov Nurlan, Hacıyeva Nazə, Yusifov Ruslan, Manafov Rövşən, İsrafilova Fatimə, Şirinova Minayə, rəqslər solo Abdullayeva Şəlalə, Babayev Vüsal, Məmmədli Cəmilə, Cabbarlı Ənvər, Əliyeva Şücayət, Məmmədov İbrahim və “Hağışta” folklor qrupu iştirak edəcək. Müğənniləri səhnədə fiziki qüsurlulardan ibarət “Duyğu” xalq çalğı alətləri ansamblı müşayiət edəcək.

Xeyriyyə konsertindən əldə olunan gəlirin bir hissəsi uşaq evlərinə veriləcək. Konsertin biletlərini şəhərin kassalarından və "ASAN xidmət" mərkəzlərindən əldə edə bilərsiniz. Biletlərin qiyməti 5-15 manatdır.

Qeyd edək ki, 1992-ci il oktyabrın 14-də BMT Baş məclisi dekabrın 3-nü əlilliyi olan insanların beynəlxalq günü kimi qeyd olunması haqqında bəyannamə qəbul edib. “Beynəlxalq Əlillər Günü”nün məqsədi bütün əlilliyi olan insanların hüquqlarını qorumaqdır.

 
 

06:20 12.11.2016
Xəbər lenti
Bütün xəbərlər