KANAL24.AZ
Az Iw En Ru

6 ayda təcili yardıma 659 çağırış daxil olub

Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (SNTTTYS) fəaliyyətinə dair mətbuat konfransında məlumat verilib. 

Qeyd edilib ki, təkcə 2016-cı ilin birinci yarısında daxil olmuş çağırışların sayı ümumilikdə 659 olub. Bunlardan yol nəqliyyatı hadisələri 624, terapevtik və digər travmaların sayı 35, hospitalizə edilənlərin sayı 12, yerində tibbi yardım alanların sayı 37 olub. 

Tədbir zamanı bildirilib ki, hazırda Respublika üzrə 12 regional məntəqə var. Məntəqələrin hər birində yüksək səviyyəli həkimlər və orta tibb işçiləri fəaliyyət göstərir. Həkimlər mütəmadi olaraq təkmilləşmə kurslarına göndərilir və keçirilən sertifikasiya imtahanlarında yüksək nəticələr əldə edirlər. Təcili yardım məntəqələrinin maddi-texniki bazası da müasir və dünya standartlarına uyğun qaydada təşkil edilmişdir. 

Belə ki, 113 regional məntəqələri bütün lazımi tibbi avadanlıqlar, sarğı materialları və dərman preparatları ilə habelə müasir reanimobillərlə təmin olunub. Bu da müraciət edənlərə vaxtında və lazımi qaydada tibbi yardım göstərməyə imkan yaradır.

Tədbirdə qeyd edilib ki, regionlarda səhiyyə xidməti yüksək səviyyədə təşkil edilib. Lakin zəruri hallarda regionlarda təcili təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan şəxslər ixtisaslı mütəxəssislər tərəfindən paytaxt Bakıya çatdırılır. Yerində keçirilən konsiliumun qərarından asılı olaraq xəstənin Bakıya köçürülməsi təşkil olunur.


05:11 05.11.2016
Xəbər lenti
Bütün xəbərlər