KANAL24.AZ
Az Iw En Ru

“Karvan” ticarət mərkəzi yanır - Yenilənib

Sumqayıtda “Karvan” ticarət mərkəzində yanğın başlayıb.

 

Kanal24.az APA-ya istinadən xəbər verir ki, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt hissəsinin 7 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Hazırda yanğının söndürülməsi və yayılmasının qarşısının alınması üçün tədbirlər görülür.

FHN Xüsusi Riskli Xilaetmə Xidmətinin xilaediciləri ərazidə təhlükəsizlik tədbirləri görürlər. 

Əlavə məlumat veriləcək.


***

Hadisə şahidlərinin verdiyi məlumata görə, yanğın binanın aşağı hissəsində yerləşən "Garda" və "Ustop" mağazalarında başlayıb və 4-cü mərtəbəyədək yüksəlib.

 

***

 

Kanal24-ün hadisə yerində olan əməkdaşının məlumatına görə, ticarət mərkəzində yerləşən səyyar satış obyektində yanğın baş verib. Ticarət mərkəzinə ciddi ziyan dəyməyib. Hal-hazırda yanğın söndürülür.

***

 Hazırda ərazidə 7 yanğınsöndürən maşın və canlı briqada alovları ram etməyə çalışır.

Qeyd edək ki, ötən ilin oktyabr ayında da eyni ticarət mərkəzində yanğın baş vermişdi. 


05:35 10.10.2014
Xəbər lenti
Bütün xəbərlər