KANAL24.AZ
Az Iw En Ru

Millimiz İngiltərəyə qarşı

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirəcək.

 Rumıniyanın Buftea şəhərindəki Futbol mərkəzində yığmamız İngiltərə komandası ilə qarşılaşacaq.

Saat 20.00-da başlayacaq qarşılaşmanı idarə edəcək maltalı hakimlər idarə edəcək:

Baş hakim: Fyodor Zammit (Malta)
Baş hakimin köməkçiləri: Luke Portelli (Malta), Daniel Mitruti (Rumıniya)
Dördüncü hakim: Katalin Qaman (Rumıniya)
UEFA nümayəndəsi: Patrik Filipek (Çexiya)
Hakim-inspektor: Cerard Perri (İrlandiya)


18:51 25.10.2016