KANAL24.AZ
Az Iw En Ru

Dünya Səhiyyə Təşkilatı depressiya ilə mübarizə ilinin başlandığını elan edib

Dünya Səhiyyə Təşkilatı depressiya ilə mübarizə ilinin başlandığını elan edib.

AZƏRTAC DST-nin saytına istinadla xəbər verir ki, 2017-ci ildə Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar keçiriləcək kampaniya depressiya mövzusuna həsr olunacaq. Kampaniyanın əsas məqsədi depressiya, onun səbəbləri və fəsadları, xəstəliklə mübarizə metodları barədə əhalinin məlumatlılığını artırmaqdır. Mütəxəssislər əsas mövzular üzrə artıq materiallar hazırlayıblar. Materiallarda, həm də istiqamətverici informasiya blokları mövcuddur. Məhz bu informasiyalar əsasında ilk növbədə xəstələrin doğmaları və yaxınları onlara yardım göstərə biləcək, lazım gələrsə, həkimə müraciət edəcəklər.

Bütün ölkələrdə müxtəlif kateqoriyalarda və yaşda olan insanlar depressiyadan əziyyət çəkirlər. Depressiya psixi əzab verir, hətta ən adi gündəlik vəzifələri yerinə yetirmək üçün insan qabiliyyətinə mənfi təsir göstərir, dostlar və yaxınlarla münasibətləri korlayır. Bu gün depressiya 15-29 yaşlı insanlar arasında intihara daha çox səbəb olur.


00:20 25.10.2016
Xəbər lenti
Bütün xəbərlər