KANAL24.AZ
Az Iw En Ru

670 bal toplayan tələbə özünü öldürdü - Təfərrüat

 

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Gəncə şəhər sakini Abbasov Maarif Hüseyn oğlu özünü Nizami rayonu ərazisində yerləşən tələbə yataqxanasının 11-ci mərtəbəsindən atıb. O, hadisə yerindəcə keçinib.

 

İntihar edən tələbənin atası Abbasov Maarif oğlunun bir neçə fəndən kəsiri olduğunu deyib: "Bizə birdən məlum oldu ki, onun 4 kəsiri qalıb. Uşaq bunun üçün çox həyəcan keçirirdi".

 

Qeyd edək ki, 4-cü kurs tələbəsi M.Abbasov ali məktəbə 670 balla qəbul olunub. 


17:28 11.10.2016
Xəbər lenti
Bütün xəbərlər