KANAL24.AZ
Az Iw En Ru

Təhsil nazirindən yeni ƏMR

Azərbaycanda rayon/şəhər psixoloji-tibbi-pedaqoji komissiyaların fəaliyyətinə nəzarət gücləndiriləcək. Təhsil Nazirliyindən verilən xəbərə görə, bu, təhsil naziri Mikayıl Cabbarovun “Xüsusi təhsil məsələləri barədə” imzaladığı əmrdə qeyd edilib.

Əmrə görə, respublika psixoloji-tibbi-pedaqoji komissiyasına rayon/şəhər psixoloji-tibbi-pedaqoji komissiyaların fəaliyyətinə nəzarəti gücləndirməyi, bununla əlaqədar müntəzəm monitorinqlərin aparılmasını təşkil etməyi tapşırıb.

Yerli təhsil idarəetmə orqanlarının rəhbərləri isə tapşırılıb ki, yerli psixoloji-tibbi-pedaqoji komissiyasının tərkibinə dair təklifləri 1 ay müddətində TN-yə təqdim etsinlər.

 


01:20 11.10.2016
Xəbər lenti
Bütün xəbərlər