KANAL24.AZ
Az Iw En Ru

Kənan M.M-dən oğurluq ittihamına - Cavab

Plagiatdan söhbət belə gedə bilməz. Mənim 40 yaşım var, durub bu yaşda oğurluq edəcəyəm?

 

Kanal24.az xəbər verir ki, bu sözləri rejissor Kənan M.M tanınmış şair Salam Sarvanın şeirini oğurlaması haqda Axar.az-a danışarkən deyib. O, bu cür oxşar hallarla tez-tez rastlaşdığını bildirib:

 

“Əgər bir insan dünyanın bu tərəfində, başqası isə o biri tərəfində eyni paltarı geyinirsə, bu o demək deyil ki, biri digərindən plagiat edir. Bəzən insanlar eyni hissləri keçirə bilir. Nəticədə də oxşar misralar yaranır. Mənim heç Salam Sarvanın həmin şeirindən xəbərim də yoxdur, ilk dəfədir eşidirəm. Yenə deyirəm, oxşarlıqlar hər sahədə olur. Film sahəsində də belə hallara tez-tez rast gəlinir. Mənə başqa şeirlər haqda da deyirlər ki, filan şeirin filankəsin şeirinə oxşayır. Belə hallar məni çox üzür”.

 

Xatırladaq ki, şair Salam Sarvan Feysbuk sosial şəbəkəsində rejissor Kənan M.M-in şeiri ilə onun şeiri arasında həddindən artıq oxşarlıq olduğunu yazıb.


20:21 04.10.2016
Xəbər lenti
Bütün xəbərlər