KANAL24.AZ
Az Iw En Ru

"Hər səhər tüksüz başına baxıb ağlayırsan" - Zümrüddən cəsarətli paylaşım

Xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı Zümrüd Qasımova sosial şəbəkədə keçəl halda şəklini paylaşıb. 

Axşam.az-ın məlumatına görə, o, bununla xərçəng xəstəsi olan xanımlara dəstək olub. 

Aparıcı bildirib ki, saçlar keçəl qırxılsa da, sonrada uzanır:

"Bu şəkil xərçəng xəstəliyindən əziyyət çəkən bütün xanımlaradır. Gündə yüzlərlə qadın mənə suallarla müraciət edir ki, saçlar qayıdır? Hər şey əvvəlki kimi olur? Bəli əzizlərim, saç da qayıdır, hər şey əvvəlkindən də gözəl olur. 

Qorxmayın, vaxtında həkimə gedəndə, erkən aşkar olunanda sağalırsan və sevdiklərinin yanında olursan. Mübariz olun, həyatı və özünüzü sevin, özünüzə inanın. Sizin hər birinizi anlayıram. Kimyaterapiyanı edəndən sonra qaytarırsan, əsəbiləşirsən, qışqırırsan, ağlayırsan. Radioterapiya edəndən sonra dərinin yanmasından əziyyət çəkirsən, özünə baxa bilmirsən. Hər səhər tüksüz başına baxıb ağlayırsan. Amma gözəl və güclü qadınsansa, sonda sağalırsan.    

Həyat gözəldir, yaşamağa dəyər. Hər şey keçir. Özünüzü sevin, bu da bir sınaqdır. Ən ağır gününüzdə də qırmızı pomada vurmağı unutmayın. Yaşadıqlarıma baxmayaraq, mən çox xoşbəxtəm".


23:33 02.10.2016
Xəbər lenti
Bütün xəbərlər