İbrahim Tatlısəs hazırda həbsdə olan iş adamı Rza Zərraba dəstək verib.
İbrahim Tatlısəs rəsmi Tvitter hesabından yazdığı status ilə Rza Zərrabın günahsız yerə həbs olunduğunu iddia edib:
“Mən sizə nə zaman yalan dedim ki, indi də deyim? Mən sizdən həmişə doğrunu öyrəndim, ona görə də başım getsə də, yalan demərəm! 17-25 dekabrda Rza qardaşıma oğru damğası vurdular.
Mənsə “o oğrudursa, mən də oğruyam”, - dedim. 17-25 dekabr hadisələri indi bir-bir həll edilir. Deməli, sizin İbonuz sizlərə doğru söyləyirmiş. İndi Rza yenə Amerikada günahsız yerə həbs olunub. Yenə də deyirəm: İlahi ədalət əvvəl-axır yerini tapacaq! Mən Allahın bir olduğuna necə inanıramsa, buna da elə inanıram. Allah böyükdür!”