KANAL24.AZ
Az Iw En Ru

UEFA-nın yeni prezidenti Bakıya gələcək

Kanal24.az AFFA-nın saytına istinadən məlumat verir ki, AFFA prezidenti Rövnəq Abdullayevin dəvətinə əsasən UEFA-nın yeni prezidenti Aleksander Çeferin və baş katib Teodor Teodoridis UEFA Avro-2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində iştirak etmək üçün paytaxtımıza gələcək.

Mərasim sentyabrın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək.

Xatırladaq ki, A.Çeferin sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada keçirilmiş növbədənkənar konqresdə UEFA-nın prezidenti seçilib.


01:22 23.09.2016
Xəbər lenti
Bütün xəbərlər