KANAL24.AZ
Az Iw En Ru

Olimpiya çempionundan nümunəvi addım – VİDEO

Triatlon üzrə 28 yaşlı olimpiya çempionuAlister Braunli finişə 700 metr qalmış ondan irəlidə olan qardaşı, 26 yaşlı Conninin halının pisləşdiyini görüb.

Bu barədə “HelloSport” məlumat yayıb. 

İstidən və yorğunluqdan ayaq üstündə güclə dayanan Conni Braunli məkanda istiqaməti itirmişdi.

Köməkçilər Connini yardım edərək kənara çəkmək istəyərkən Alister qardaşına çataraq qolunu boynuna salıb və onlar finişə bərabər qaçıblar.  

Gurultulu alqışlar altında onlar finişə çatıblar. Finiş xətti qarşısında Alister kiçik qardaşını irəli itələyərək ona qaçışı ikinci qutarmaq imkanı verib. Məsafəni birinci başa vuran Cənubi Afrika idmançısı Henri Şuman olub.  

Alister Edvard Braunli – britaniyalı triatlet, 2012-ci və 2016-cı illərdə olimpiya çempionu, 2009-cu və 2011-ci illərdə dünya çempionu olub.  


21:52 21.09.2016
Xəbər lenti
Bütün xəbərlər