KANAL24.AZ
Az Iw En Ru

Milli yarışlar mövsümünə aerobika gimnastikası ilə start verilir

Milli yarışlar mövsümünə aerobika gimnastikası üzrə yarışlarla start verilir.

Kanal24 Azərbaycan Gimnastika Federasiyasına istinadən məlumat verir ki, payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan birinciliyi və Bakı çempionatı açıq elan olunur.

31 gimnastın iştirakı ilə keçiriləcək yarışlar 1 oktyabr tarixində Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutacaq.

Ölkəmizdə 2013-cü ilin sonlarından inkişaf edən aerobika gimnastikası üzrə çempionatda “Ocaq Sport” klubunun nümayəndələri medallar uğrunda mübarizə aparacaqlar.

İdmançılar fərdi kişi (gənclər - 15-17 yaş, böyüklər 18 yaş və daha böyük), fərdi qadın (uşaqlar - 7-8 yaş, balacalar - 9-11 yaş, yeniyetmələr - 12-14 yaş, gənclər - 15-17 yaş) və qadın üçlüyü (uşaqlar - 7-8 yaş, balacalar - 9-11 yaş, yeniyetmələr - 12-14 yaş) proqramları üzrə öz çıxışlarını nümayiş etdirəcəklər.

Yarışları Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytında (www.agf.az) canlı yayım vasitəsilə izləmək mümkün olacaq.

Yarışlar haqqında ətraflı məlumat:http://www.agf.az/competitions/

Ünvan: Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Abbas Səhhət küçəsi, 2
Tel.: +99412 493 3011


20:14 20.09.2016
Xəbər lenti
Bütün xəbərlər