KANAL24.AZ
Az Iw En Ru

İran velosipedçi Rioda öldü – Video

İran velosipedçisi Bəhmən Qolbarnejad Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında şosse yarışı zamanı qəza keçirib.

48 yaşlı Qolbarnejad yarış zamanı yıxılıb və kəllə-beyin travması alıb.

 

Xəstəxanaya aparılarkən isə onun yolda ürəyi dayanıb və həkimlər idmançının həyatını xilas edə bilməyiblər. İran Paralimpiya Komitəsi idmançının öldüyünü təsdiq edib.

 

Qeyd edək ki, Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarına sentyabrın 18-də yekun vurulacaq. 

 


20:09 18.09.2016
Xəbər lenti
Bütün xəbərlər