KANAL24.AZ
Az Iw En Ru

Məşhur dramaturq Edvard Olbi vəfat edib

ABŞ-ın dünya şöhrətli  dramaturqu, üçqat Pulitser mükafatı laureatı Edvard Olbi 88 yaşında vəfat edib.

Kanal24.az-ın APA-ya istinadən verdiyi  xəbərinə görə, bu barədə CNN telekanalı xəbər verib.

Edvard Olbi ХХ-ci əsrin ikinci yarısında ən məşhur ABŞ dramaturqu kimi tanınıb. Onun ən məşhur “Virciniya Vulfdan kim qorxur?" (Who's Afraid of Virginia Woolf?) pyesi 1962-ci ildə Brodveydə tamaşaya qoyulub.

E.Olbi Nyu-York ştatındakı evində vəfat edib. Ölümün səbəbi hələ ki, açıqlanmır. 


17:09 17.09.2016
Xəbər lenti
Bütün xəbərlər