Fransanın Dijon şəhərində yaşayış evində güclü partlayış baş verib.
Axar.az xəbər verir ki, bu haqda məlumatıFrenç Tv İnfo yayıb.
Verilən məlumata görə, partlayış nəticəsində çox sayda insan müxtəlif dərəcəli xəsarətlər alıb.
Hazırda insident yerinə təcili yardım maşınları və xüsusi briqadalar cəlb olunub.
Partlayışın səbəbi aydınlaşdırılır.