KANAL24.AZ
Az Iw En Ru

Əhalinin gəlirləri artdı

2016-cı ilin yanvar-iyul aylarında əhalinin gəlirləri açıqlanıb.

 

Dövlət Statistika İdarəsindən Kanal24-ə verilən məlumata görə, əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz artaraq 25682,7 milyon manata çatıb.

 

Əhalinin hər nəfərinə düşən gəlirlər isə 2670,9 manat və ya ayda orta hesabla 381,6 manat təşkil edib.

 

Gəlirlərin 77,0 faizi son istehlak xərclərinə, 9,1 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib.

 

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 23349,9 milyon manat və ya əhalinin hər nəfərinə orta hesabla 2428,3 manat vəsait qalıb.


21:13 16.09.2016