KANAL24.AZ
Az Iw En Ru

Qəbələ qrup mərhələsinə məğlubiyyətlə başladı

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunları keçirilir.

"Qəbələ" səfərdə Belçikanın "Anderlext" klubu ilə qarşılaşıb.

Matçın 14-cü dəqiqəsində rəqib komanda hesabı açıb - Lukaş Teodorçik fərqlənib. Lakin 6 dəqiqə sonra Dabo dəqiq zərbə ilə tarazlığı bərpa edib.

41-ci dəqiqədə R. Santos yenidən belçikalıları önə keçirib.

77-ci dəqiqədə "Anderlext" - in oyunçusu D. Kapel hesabı 3 - 1 edib.

Beləliklə, Qəbələ təmsilçisi "Anderlext" - lə oyunu xalsız başa vurub.


07:55 16.09.2016
Xəbər lenti
Bütün xəbərlər