KANAL24.AZ
Az Iw En Ru

Məşhur 'Bağdad' mahnısını onun üçün yazıb - İddia

Türkiyədə qısa müddətdə populyarlıq qazanan Ayla Çelikin yazıb- ifa etdiyi məşhur “Bağdad” mahnısı haqda yeni iddia səsləndirilib.
 
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aya Çelik ona populyarlıq qazandıran mahnını böyük heyranlıq duyduğu Kenan Işığa yazdığı haqda xəbərlər yayılıb. 1981-ci ildə Beril İşık ilə evlənən aktyor-rejissor Kənan İşık (68) iddiaya görə, 2007-ci ildə tanış olduğu müğənni-söz yazarı Ayla Çelik (42) ilə yaxınlaşıb. Çelik Kenanın dəstəyi ilə söz yazıb, musiqi bəstələyib. Hətta, Kənan Işık 2012-ci ildə İstanbul Dövlət Teatrı üçün səhnələşdirdiyi “Antigone” adlı tamaşanın musiqilərini də Ayla yazıb.
 
Kənan Işık ilə Ayla Çelik arasındakı yaxınlıq 2013-cü ilin oktyabr ayında  sona çatıb. Kənan Işık bundan 6 ay sonra, yəni 21 mart 2014-cü ildə yıxılıb beyin qanaması keçirib. Ayla Çelik 5 ay sonra sənətçinin reanimasiyada yatdığı Nişantaşındakı Amerika Xəstəxanasına gedib. Kənan İşığın yoldaşı Beril İşık Ayla Çeliki görüncə əsəbiləşib. O, qışqıra-qışqıra "Səni burada görmək istəmirəm, bir daha xəstəxanaya gəlmə”-, deyərək onu xəstəxanadan qovub. Müğənni də gözyaşları içində xəstəxanadan ayrılıb.
 
Çelikin o hadisədən sonra “Bağdad” mahnısı yazdığı iddia olunur.
 
Qeyd edək ki, hazırda evində müalicə olunan Kənan İşık gəzə və danışa bilmir.


05:20 13.09.2016
Xəbər lenti
Bütün xəbərlər