KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanın Ukrayna və Argentinada səfirləri, Təbrizdə baş konsulu təyin edildi (YENİLƏNİB)

Prezident İlham Əliyev Azər Xudayar oğlu Xuduyevin Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

İlham Əliyev, həmçinin Əliyənnağı Mehti oğlu Hüseynovun İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.


02:14 07.09.2016
Xəbər lenti
Bütün xəbərlər