KANAL24.AZ
Az Iw En Ru

Bakı Şahmat Olimpiadasında üçüncü turun təqvimi müəyyənləşib

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında üçüncü turun təqvimi müəyyənləşib.

 

Azərbaycanın kişilərdən ibarət əsas millisi Macarıstan ilə qarşılaşacaq. İkinci yığmamız Hindistan, üçüncü komandamız Livan şahmatçıları ilə yarışacaq. Qadınlardan ibarət komandalarımızın rəqibləri isə Polşa, Almaniya və Qırğızıstan milliləri olacaq.
Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət birinci komandası hazırda 4 xal toplayaraq Rusiya və Polşa ilə birgə 1-3-cü yerləri bölüşür. Qadınların mübarizəsində Çin, Rusiya və Litva 4 xalla liderlər sırasındadır. Qadınlardan ibarət əsas komandamız turnir cədvəlinin 19-cu pillədə yer alır.


23:03 04.09.2016
Xəbər lenti
Bütün xəbərlər