KANAL24.AZ
Az Iw En Ru

Şahmat Olimpiadasının ikinci turununda millimizin rəqibləri müəyyənləşib

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında ikinci turun təqvimi müəyyənləşib.

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən Kanal24-əverilən məlumata görə, kişilərdən ibarət əsas millimiz Makedoniya ilə qarşılaşacaq. İkinci yığmamız Litvanı, üçüncü komandamız isə Belarusu sınağa çəkəcək.

Favoritlərdən Rusiya Türkmənistanla, ABŞ Şotlandiya ilə, Çin Belçika ilə, Ukrayna isə Albaniya ilə üz-üzə gələcək.

Qadınlardan ibarət əsas millimizin rəqibi Meksikadır. İkinci komandamız Monqolustan, üçüncü yığmamız isə Türkiyə ilə üz-üzə gələcək.

Favoritlər Çin Monteneqronu, Ukrayna Moldovanı, Rusiya Ekvadoru, Gürcüstan Filippini, Hindistan isə Braziliyanı sınağa çəkəcək.


18:11 03.09.2016
Xəbər lenti
Bütün xəbərlər