KANAL24.AZ
Az Iw En Ru

Bakı Şahmat Olimpiadası: Kişilərdən ibarət birinci yığma komandamız ilk turu qələbə ilə başa vurub [YENİLƏNİB]

 

Kişilərdən ibarət birinci yığma komandamız da ilk turu qələbə ilə başa vurub. Belə ki, Şəhriyar Məmmədyarov Roduell Makoto, Teymur Rəcəbov Farai Mandija, Arkadi Naydiç Gödəkcə Masanqo, Eltac Səfərli isə Takudzva Muşoreyə qalib gəlib.
İlk turun görüşləri davam edir.

19:00

Kişilərdən ibarət “Azərbaycan-3” komandası Papua-Yeni Qvineya yığmasına 4:0 hesabı ilə qalib gələrək aktivinə 2 xal yazdırıb. Görüşdə Vüqar Əsədli Stüart Fensidən, Nail Bəşirli Helmut Markodan, Məhəmməd Muradlı Helmut Marko Cuniordan, Pərviz Qasımov isə Kreyq Şexandan üstün olub.

Qadınların mübarizəsində isə “Azərbaycan-3” komandası 4:0 hesablı texniki qələbə qazanıb. Belə ki, Lesoto komandası yarışa gec qatıldığı üçün millimiz ilk xalı aktivinə yazdırıb.
İlk turun görüşləri davam edir.

14:40

Bu gün “Bakı Kristal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının oyunlarına start verilir.
AZƏRTAC xəbər verir ki, yarışlarda rekord sayda komanda iştirak edir. Kişilərin komanda turnirində 181 yığma komanda, qadınların yarışlarında isə 142 komanda mükafatlar uğrunda mübarizə aparacaq. Turnir iştirakçılarının, hakimlərin, jurnalistlərin, məşqçi və nümayəndələrin, habelə FİDE-nin konqresinin nümayəndələrinin ümumi sayı 3.000 nəfərdən çoxdur.
Birinci turda Azərbaycanın birinci yığması Zimbabve komandası ilə, ikinci komandamız Mozambik şahmatçıları ilə qarşılaşacaq, üçüncü komandamızın rəqibləri isə Papua-Yeni Qvineya şahmatçıları olacaq.
Azərbaycanın kişilərdən ibarət yığma komandasının əsas rəqibləri Rusiya, ABŞ, Çin, Ukrayna, Fransa və Polşa komandaları olacaq.
Qadınlardan ibarət komandaların mübarizəsində Azərbaycanın birinci yığmasının rəqibi Nikaraqua, ikinci komandamızın rəqibləri Yaponiya, üçüncü komandanın rəqibləri isə Lesoto şahmatçıları olacaq. Ölkəmizin qadın şahmatçılarının əsas rəqibləri Çin, Ukrayna, Rusiya, Gürcüstan, Hindistan, ABŞ və Macarıstan təmsilçiləri olacaq.

Azərbaycan-1 – Zimbabve
Şəhriyar Məmmədyarov – Roduell Makoto
Teymur Rəcəbov – Farai Mandija
Arkadi Naydiç – Gödəkcə Masanqo
Eltac Səfərli – Takudzva Muşore

Azərbaycan-2 – Mozambik
Vasif Durarbəyli – Mateus Elis
Nicat Abbasov – Uilton Kalikoa
Qədir Hüseynov – İlidio Çunquane
Namiq Quliyev – Donaldo Paiva

Papua-Yeni Qvineya – Azərbaycan-3
Stüart Fensi – Vüqar Əsədli
Helmut Marko – Nail Bəşirli
Helmut Marko Cunior – Məhəmməd Muradlı
Kreyq Şexan – Pərviz Qasımov

Qadınların yarışları
Nikaraqua – Azərbaycan-1
Katya Mendeta - Zeynəb Məmmədyarova
Mariya Qranados - Gülnar Məmmədovdur
Pamela Alarkon - Aydan Höcətova
Mariya Moraqa – Nərmin Kazımova

Yaponiya – Azərbaycan-2
Mirai İşizuka – Türkan Məmmədyarova
Karen Xoşino - Xəyalə Abdulla
Azumi Sakai – Ülviyyə Fətəliyeva
Misaki Şibata - Nərgiz Umudova

Lesoto – Azərbaycan-3
Maboloko Leboela – Nərminə Məmmədova
Tisetso Xatane - Xanım Balacayeva
Nqatane Liketsenq – Gövhər Beydullayeva
Natali Makferson - Aynur Kətanova

İsveçrə sistemi üzrə keçirilən yarışlar 11 turdan ibarət olacaq. Oyun günləri 2-6 sentyabr və 8-13 sentyabr olacaq, sentyabrın 7-si isə Olimpiadada istirahət günüdür.
İlk 10 tur Bakı vaxtı ilə saat 15:00-da, sonuncu - 11-ci tur isə saat 11:00-da başlanacaq.

 


03:40 03.09.2016
Xəbər lenti
Bütün xəbərlər