KANAL24.AZ
Az Iw En Ru

Qafqaz Universitetinə yeni rektor təyin olundu

Bakı Ali Neft Məktəbinin (BANM) idarəçiliyinə verilmiş Qafqaz Universitetinə yeni rektor təyin olunub.

 

APA-nın xəbərinə görə, bu vəzifəyə Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov təyin edilib.

 

H.Məmmədov APA-ya faktı təsdiqləyərək bildirib ki, bu gün o, Qafqaz Universitetinin kollektivinə təqdim edilib.

 

Qeyd edək ki, Qafqaz Universitetinin təsisçisi Təhsil Nazirliyinə müraciət edərək, universitetin iyulun 20-də bağlanması haqqında qərar qəbul olunduğunu bildirib. Bundan sonra universitetin idarəçiliyi BANM-ə verilib.


02:22 02.09.2016
Xəbər lenti
Bütün xəbərlər