KANAL24.AZ
Az Iw En Ru

Kolleclərə qəbul olunanların qeydiyyatı bu gün başa çatır

 

 

 
 
 

 Tam orta təhsil (11 illik) bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır.

 

APA-nın xəbərinə görə, orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar bu gün saat 17.00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

 

Bu müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

 

Qeyd edək ki, tam orta təhsil (11 illik) bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin qeydiyyatı avqustun 22-dən başlayıb.


17:34 30.08.2016
Xəbər lenti
Bütün xəbərlər