KANAL24.AZ
Az Iw En Ru

İncəsənət və Şahmat Festivalı başa çatıb (FOTO)

42-ci Şahmat Olimpiadası çərçivəsində keçirilən, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Şahmat Olimpidasının Əməliyyət Komitəsi tərəfindən təşkil olunan İncəsənət və Şahmat Festivalı başa çatıb.

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən Kanal24-ə verilən məlumata görə, festivalda iştirak edən 23 rəssam şahmat fiqurlarını müxtəlif rənglərə boyamaqla onların üzərində qeyri-adi, unikal rəsmlər çəkib.

Öz istedadı sayəsində kreativlik və şahmat ab-havası yaradan rəssamlar hər bir fiqurun özünəməxsus incəsənət nümünəsinə çevrilməsinə nail olub.


00:44 30.08.2016
Xəbər lenti
Bütün xəbərlər