KANAL24.AZ
Az Iw En Ru

Rio-2016: Xetaq Qazyumov gümüş qazandı (YENİLƏNİB-4)

Azərbaycan sərbəst güləşçisi Xetaq Qazyumov finalda ABŞ təmsilçisi Kail Snayderə məğlub olaraq Olimpiya Oyunlarında gümüş medal qazandı.

X X X

 

18:10

 

Xetaq Qazyumov yarımfinal mərhələsində ukraynalı idmançı Valeriy Andreytsev üzərində qələbə qazanaraq yarışın final mərhələsinə yüksəlib.

 

Х Х Х

 

17:40

 

Xetaq Qazyumov 1/4 final mərhələsində özbəkistanlı idmançı İbrahimov Məhəmməd üzərində qələbə qazanaraq yarışın  yarımfinal mərhələsinə yüksəlib.

 

X X X

 

Xetaq Qazyumov 1/8 final mərhələsində iranlı Reza Yazdani üzərində qələbə qazanaraq 1/4 final mərhələsinə yüksəlib.

 

X X X

 

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunları davam edir.

 

Trend-in məlumatına görə, yarışların sonuncu günündə Azərbaycan sərbəst güləşçisi Xetaq Qazyumov 97 kq çəki dərəcəsində mübarizəyə qoşulub.

 

Xetaq Qazyumov 1/16 final mərhələsində polşalı idmançı Baran Radoslav üzərində qələbə qazanaraq yarışın 1/8 final mərhələsinə yüksəlib


05:43 22.08.2016
Xəbər lenti
Bütün xəbərlər