KANAL24.AZ
Az Iw En Ru

Musiqi Mədəniyyəti Dövlət Muzeyi yeni mövsümü klassik musiqi ilə açacaq

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin klassik musiqi həvəskarları klubu yeni mövsümün ilk tədbirini klassik musiqiyə həsr edəcək.


Tədbir sentyabrın 7-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində baş tutacaq.


Əvvəlcə klassik musiqi həvəskarları klubunun gördüyü işlər və təşkil etdiyi tədbirlərin yekunları ilə bağlı videoçarx nümayiş olunacaq. Sonra tədbir Qərbi Avropa və rus bəstəkarlarının klassik musiqi əsərlərindən ibarət rəngarəng konsert proqramı ilə davam edəcək.


Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bir sıra müəllim və tələbəsinin, həmçinin M. Rostropoviç adına 21 nömrəli musiqi məktəbinin şagirdlərinin ifaları dinləniləcək.


03:50 22.08.2016
Xəbər lenti
Bütün xəbərlər