KANAL24.AZ
Az Iw En Ru

Model məşhur ərindən udduğu pulu xərclədi

Model və aktrisa kimi fəaliyyət göstərən Amber Heard məşhur aktyor Conni Depdən aldığı 7 milyon dollarlıq təzminatla bağlı planlarını açıqlayıb.

 

Axar.az xəbər verir ki, o, təzminatı ailə daxili narazılığın qurbanı olan qadınlar və xəstə uşaqların xeyirinə istifadə etməyə qərar verdiyini bildirib.

 

Conni Depin ona zor tətbiq etdiyini iddia edən aktrisa təzminatın bəxtsiz qadınlara kömək olacağına inandığını deyib:

 

“Bu pulun özlərini müdafiə etmək üçün mənim kimi şanslı olmayanlara kömək edəcəyinə inanıram”.

 

7 milyon dollar Amerika Vətəndaş Haqları Birliyi və Los Anceles uşaq xəstəxanası arasında bölüşdürüləcək.


03:45 22.08.2016
Xəbər lenti
Bütün xəbərlər