KANAL24.AZ
Az Iw En Ru

Rio-2016: Taekvondoçumuz finalda

Radik İsayev finala gedən yolda britaniyalı Mahama Ço ilə döyüşüb.
 
Bu dəfə də inamlı təsir bağışlayan taekvondoçumuz rəqibinə qalib gələrək finala yüksəlib – 4:1.
 
Finalda onun rəqibi Niger idmançısı İssufu Abdulrazak olacaq.
 
Qeyd edək ki, Azərbaycan ilk dəfə olaraq Olimpiadada bu idman növü üzrə finalda təmsil olunacaq.

 


09:07 21.08.2016
Xəbər lenti
Bütün xəbərlər