KANAL24.AZ
Az Iw En Ru

Rio-2016: Fəridə Əzizova mübarizəni dayandırdı – YENİLƏNİB

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın taekvondoçu Fəridə Əzizova bürünc medal görüşünə çıxıb.

67 kq. çəki dərəcəsində son təsəlliverici görüşdə rəqib Rut Mari Kristel Qbaqvi (Kot-d-İvuar) olub.

İlk hissədə Qvaqbi 3:1 hesablı üstünlük əldə edib. İkinci hissədə o, daha 4 xal qazanıb - 7:1. Sonuncu raundda isə tərəflərdən heç biri xal qazana bilməyib.

Beləliklə, Əzizova Olimpiadanı 5-ci pillədə başa vurub. 


18:02 20.08.2016
Xəbər lenti
Bütün xəbərlər