KANAL24.AZ
Az Iw En Ru

Arda şəhidlərlə belə vidalaşdı – Video

Barselona futbol yığmasında oynayan Arda Turan Türkiyədəki son terror aktlarından sonra video paylaşıb.

 

Axar.az xəbər verir ki, onun paylaşdığı videoda maşınında Qurani-Kərimdən “Kəhf” sürəsinin 10-cu ayəsini dinləməsi əks olunub.  

 

Futbolçu paylaşdığı videoya belə şərh verib:

 

“Ölkəmizin başı sağ olsun! Şəhidlərimizə Allahdan rəhmət diləyirəm!”

 

Sürənin 10-cu ayəsinin mənası belədir:

 

“Bir zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər”, - demişdilər”.

 

Qeyd edək ki, bundan əvvəl futbolçu açıqlamasında oyundan öncə “Yasin” sürəsini dinlədiyini, özünü bu yolla motivasiya etdiyini bildirib. 

 


19:30 19.08.2016
Xəbər lenti
Bütün xəbərlər