KANAL24.AZ
Az Iw En Ru

Moskva-Oslo təyyarəsində bomba həyəcanı...

Bu gün səhər Moskvadan Norveçin paytaxtı Osloya uçan, "Aeroflot"a məxsus təyyarədə bomba həyəcanı yaşanıb.
 
Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, "A-320" təyyarəsinin ərəb mənşəli, 40-45 yaşlarında iki sərnişini təyyarə uçuş zolağına çıxdıqdan sonra səs-küy salaraq, uçmaq istəmədiklərini bildiriblər.
 
Bundan sonra təyyarə əlavə yoxlamadan keçmək üçün anqara aparılıb, sərnişinlər təxliyyə edilib.
 
Reys başa çatana qədər uçmaqdan imtina edən ərəb sərnişinlər polis məntəqəsində gözləməli olacaqlar.

19:50 14.08.2016
Xəbər lenti
Bütün xəbərlər