KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda əhalinin 18%-i ''Facebook'' istifadəçisidir

Bu il iyulun 1-nə olan rəsmi statistikaya əsasən Azərbaycanda "Facebook" sosial şəbəkəsinin istifadəçilərinin sayı 1,8 mln. nəfərə çatıb.
 
Kanal24.az bildirir ki, "Report"un internetworldstats.com-a istinadən verdiyi xəbərə görə, bu da ölkə əhalisinin 18,2%-i deməkdir.
 
Qeyd edək ki, iyulun 1-nə olan məlumata əsasən Azərbaycan əhalisinin sayı 9 889 345 nəfərdir. Bununda 61%-i və ya 6 027 647 nəfəri internet istifadəçisidir.
 
Hesabata əsasən dünya əhalisinin 49,2% və ya 3 611 375 813 nəfərinin internetə çıxışı var. "Facebook" istifadəçilərinin sayı hesabat dövrünə 22,7% və ya 1 662 233 530 nəfər təşkil edib. 

08:19 14.08.2016
Xəbər lenti
Bütün xəbərlər