KANAL24.AZ
Az Iw En Ru

"Petkim"in gəlirləri artıb

SOCAR-ın Türkiyədəki ən böyük aktivi olan və 60-a yaxın neft-kimya xammalı istehsal edən “Petkim PetroKimya Holding A.Ş.”nin cari ilin ikinci rübündəki mənfəəti artıb.

Kanal24 “bloomberght.com”a istinadla xəbər verir ki, “Petkim”in bu ilin ikinci rübündəki mənfəəti 2015-ci ilin eyni dövrü ilə müqayisədə 27 faiz artaraq 226,9 milyon türk lirəsi olub.


“Bloomberg”in anketində iştirak edən 12 analitik isə “Petkim”in bu ilin ikinci rübündəki mənfəətinin 159,3 milyon türk lirəsi olacağını proqnozlaşdırırdı.


Qeyd edək ki, “Petkim” Türkiyənin neft-kimya sektorunda yeganə istehsalçıdır və kompleks İzmirin Əliağa yarımadasında yerləşir. 2008-ci ildə SOCAR “TURKAS” ilə birgə “Petkim”in alınması üçün müraciət edib. “Petkim”də “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) təxminən 58 faizlik hissəyə sahibdir.


“Petkim” kompleksi daxilində 20 növ çeşiddə məhsul edən 14 zavod fəaliyyət göstərir. Hazırda zavod illik 3,6 milyon ton məhsul istehsalı həcminə malikdir. “Petkim” 2015-ci ildə 1,8 milyon ton məhsul satışından 1,7 milyard ABŞ dolları satış gəliri əldə edib.
SOCAR 2008-ci il mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. “SOCAR Turkey Enerji A.Ş.” şirkəti neft emalı, neft–kimya, energetika, logistika və daşıma inteqrasiyasına əsaslanan sahələri dəstəkləyir. Hazırda STEAŞ Türkiyənin ən böyük xarici investorudur.
STEAŞ-ın səhmdarları belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz.


19:00 12.08.2016
Xəbər lenti
Bütün xəbərlər