KANAL24.AZ
Az Iw En Ru

"Günəşli" yatağının 7 saylı özülündə ilk quyu istismara verilib

“Günəşli” yatağının yeni istismara verilmiş 7 saylı dərin dəniz özülündə 316 nömrəli ilk hasilat quyusu qazmadan sonra istismara verilib.

Kanal24 SOCAR-ın saytına istinadən xəbər verir ki, quyu məhsuldar qatın fasilə lay dəstəsindən qazlift üsulu ilə mənimsənilərək, süzgəclər açılmaqla 2753-2716 metr intervaldan sutkalıq 80 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir.


18:33 29.07.2016
Xəbər lenti
Bütün xəbərlər