KANAL24.AZ
Az Iw En Ru

Ərəblər Azərbaycanda nə qədər xərcləyir?

Son iqtisadi proseslər fonunda Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan turistlər nisbətən aşağı büdcəli marşrutlar seçməyə başlayıb.
 
APA xəbər verir ki, bu barədə yerli turizm şirkətləri məlumat verib.

 

"Artıq BƏƏ-dən olan turistlər məzuniyyətini dəniz kənarında keçirmək niyyətində deyil. Onlar indiyədək olmadıqları ölkələri və şəhərləri kəşf etmək istəyirlər. Daha çox Sinqapur, Tayland, Malayziya, Maldiv adaları, Azərbaycan, Gürcüstan kimi ölkələr populyardır", - turizm şirkətlərindən birinin rəhbəri bildirib.
 

Aşağı büdcəli marşrutlar arasında Azərbaycan və Gürcüstan göstərilib. Bildirilir ki, Azərbaycanda istirahət ərəblərə 490 dollara, Gürcüstanda isə 430 dollara başa gələcək.


18:10 28.07.2016
Xəbər lenti
Bütün xəbərlər