KANAL24.AZ
Az Iw En Ru

Rusiyada ticarət mərkəzi dağılıb

Rusiyanın Kemerovo şəhərindəki "Slavyanskiy" ticarət mərkəzinin uçulması nəticəsində 7 nəfər xəsarət alıb. Bu barədə Kanal24 TASS-a istinadən xəbər verir.

İstintaq idarəsi binanın uçulması ilə bağlı "Tikinti və digər işlər zamanı təhlükəsizlik qaydalarının pozulması" maddəsi üzrə cinayət işi açıb.

1985-ci ildə inşa edilmiş ikimərtəbəli binada hadisə zamanı 20 insan olub. Konstruksiyaların dağılması mərkəzin 300 kv.m ərazisində baş verib.

Fəlakətin nəticələrini aradan qaldırmaq üçün hadisə yerinə 250 nəfər və 150 ədəd texnika cəlb edilib.


23:52 14.07.2016
Xəbər lenti
Bütün xəbərlər