KANAL24.AZ
Az Iw En Ru

Qusarda yol tikintisinə maliyyə vəsaiti ayrıldı

Azərbaycan Prezidenti İlham Əliyev Qusar rayonunun Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 12 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,8 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.


01:09 14.07.2016
Xəbər lenti
Bütün xəbərlər