KANAL24.AZ
Az Iw En Ru

Orta ixtisas təhsili müəssisələrinə ixtisaslar və plan yerləri üzrə müəyyən dəyişikliklər edilib

2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta (9 illik) təhsil bazasında tələbə qəbulu aparılan ixtisaslar və plan yerləri üzrə müəyyən dəyişikliklər edilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirilib ki, Naxçıvan Dövlət Texniki Kollecində əlavə olaraq rabitə qovşaqları və kommunikasiya sistemləri ixtisası yaradılıb və kollecə ayrılmış ümumi plan yerləri çərçivəsində tələbə qəbulu nəzərdə tutulub. Naxçıvan Dövlət Texniki Kollecində qəbul aparılan ixtisaslar və plan yerləri ilə TQDK-nın internet saytında verilən müvafiq cədvəldə tanış olmaq mümkündür.

Digər bir dəyişikliyə əsasən, Odlar Yurdu Universiteti nəzdində yeni təsis edilmiş Odlar Yurdu Kollecinə tələbə qəbulu nəzərdə tutulub. Odlar Yurdu Kollecinə qəbul aparılan ixtisaslar və plan yerləri ilə Komissiyanın internet saytındakı müvafiq cədvəldə tanış olmaq mümkündür.


08:04 08.07.2016
Xəbər lenti
Bütün xəbərlər