KANAL24.AZ
Az Iw En Ru

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Bərdə şəhərində vətəndaşları qəbul edib

İyulun 8-də Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Bərdə şəhərində vətəndaşları qəbul edib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildiriblər ki, qəbulda Ağcabədi, Ağdam və Tərtər rayonlarının sakinləri, bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər. Görüşdə əsasən ali təhsil müəssisələrinin V qrupuna, eləcə də tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarda qeydiyyatdan keçməyən, həmçinin magistratura pilləsində proqram seçimi, işə qəbul, eləcə də komissiyanın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı qurumun sədrinə müraciət edən vətəndaşlar iştirak ediblər. TQDK-nın səlahiyyətlərinə aid olan bəzi müraciətlər yerindəcə həllini tapıb, digər müraciətlərin araşdırılması və həlli üçün qeydiyyatı aparılıb. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılacağı vətəndaşlara bildirilib. Qeydiyyatdan keçənlərlə yanaşı, birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.


06:28 09.07.2016
Xəbər lenti
Bütün xəbərlər