KANAL24.AZ
Az Iw En Ru

Gəncədə "İcma inkişafında gənclərin rolu" adlı beynəlxalq layihənin icrasına başlanılacaq

“Gəncə - 2016 “Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində Gəncədə “İcma inkişafında gənclərin rolu” adlı beynəlxalq təlim təşkil olunacaq.

Avqustun 9-dan 15-dək davam edəcək təlimlər Prezident Yanında Gənclər Fondunun maliyyə dəstəyi və Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçiriləcək.

Təlimin keçirilməsində əsas məqsəd gənclərin qarşılaşdıqları çətinliklərin müzakirəsini və həll yollarının seçilməsini təşkil etmək, onları cəmiyyətin inkişafında fəal iştiraka həvəsləndirmək, həmçinin Avropa və Azərbaycanın ətraf regionlarında yaşayan gənclər arasında şəbəkələşməni qurmaqdır.

Beynəlxalq təlimlərə Avropanın on ölkəsindən ümumilikdə 10 nəfər, beynəlxalq təşkilatlarda çalışan bir ekspert və 10 nəfər isə yerli iştirakçı qatılacaq. Avropadan gəlmiş iştirakçılara, həmçinin Azərbaycanın zəngin tarixi, mədəniyyəti və təbiəti ilə tanış olmaq üçün şərait yaradılacaq.


20:47 07.07.2016
Xəbər lenti
Bütün xəbərlər