KANAL24.AZ
Az Iw En Ru

“Mənim yay tətilim” adlı respublika uşaq rəsm sərgisi açılacaq

Xətai Sənət Mərkəzi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası ilə birlikdə “Mənim yay tətilim” adlı respublika uşaq rəsm sərgisi keçirir.

Nazirlikdən bildirilib ki, iştirak etmək istəyən uşaqlar əsərlərini iyulun 30-a qədər Xətai Sənət Mərkəzinə təqdim etməlidirlər.

Rəsmdə mövzu və düzgün kompozisiyaya üstünlük veriləcək. Ən çox uşaqların öz duyğuları ilə işlənmiş əsərlər seçiləcək.

Xətai Sənət Mərkəzində keçiriləcək sərgidə Azərbaycanın bütün bölgələrindən istedadlı uşaqlar iştirak edə bilər. 12 yaşa qədər uşaqların iştirak edəcəyi sərgidə mövzu sərbəstdir.

Fərqlənən rəsmlərin müəlliflərinə diplomlar təqdim olunacaq.

 


05:04 07.07.2016
Xəbər lenti
Bütün xəbərlər