KANAL24.AZ
Az Iw En Ru

Xalq Rəssamı Vidadi Nərimanbəyovun 90 illik yubileyinə həsr olunmuş sərgi açılacaq

Xalq Rəssamı Vidadi Nərimanbəyovun anadan olmasının 90 illik yubileyi münasibətilə iyulun 15-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sərgi açılacaq.

Nazirlikdən bildiriblər ki, Azərbaycan Milli İncəsənət Muzeyində baş tutacaq sərgi iyulun 20-dək davam edəcək.

Sərgidə rəssamın Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və ailə kolleksiyasında saxlanılan əsərləri nümayiş olunacaq. Həmçinin rəssamın illər öncə yaratdığı və indiyədək geniş tamaşaçı kütləsi qarşısında heç vaxt nümayiş olunmayan bir neçə əsəri də sərgilənəcək.


19:33 06.07.2016
Xəbər lenti
Bütün xəbərlər