KANAL24.AZ
Az Iw En Ru

Gəncədə orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Gəncə şəhərində orta ixtisas təhsili müəssisələrinə V ixtisas qrupu üzrə qəbul imtahanı keçirib.

8 binada keçirilən imtahanlarda Gəncə və ətraf 10 rayon üzrə 4 min 302 abituriyent qeydiyyatdan keçib.

İmtahanların idarə olunmasına 384 nəzarətçi müəllim, 33 imtahan rəhbəri cəlb edilib.

İmtahanlar bütün binalarda eyni vaxtda başlayıb və heç bir neqativ hala rast gəlinməyib.


07:57 05.07.2016
Xəbər lenti
Bütün xəbərlər