KANAL24.AZ
Az Iw En Ru

Lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün nümunəvi tədris planları təsdiqlənib

Təhsil naziri Mikayıl Cabbarov lisey, məktəb-lisey və gimnaziyalarda təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə həmin təhsil müəssisələrinin təmayül sinifləri üçün 2016-2017-ci dərs ilinə aid nümunəvi tədris planlarının təsdiqi haqqında əmr imzalayıb.

Nazirlikdən bildiriblər ki, qeydə əsasən şagirdlərin sayı 20 və daha çox olan siniflər bəzi fənlərin tədrisində iki qrupa bölünür. Bunlar tədris rus dilində aparılan VII-XI siniflərdə Azərbaycan dili (dövlət dili kimi), tədris dilindən asılı olmayaraq VII-XI siniflərdə xarici dil, fiziki tərbiyə, texniki təmayüllü IX-XI siniflərdə informatika fənni üzrə praktik məşğələlər, VII-VIII siniflərdə ikinci xarici dil, texnologiya fənləridir. Təmayül fənlərinin tədrisini səmərəli təşkil etmək məqsədilə tədris planlarında seçmə fənlərə, dərsdənkənar məşğələlərə, fakültativ, fərdi və qrup məşğələlərinə ayrılmış saatlar müəyyən qaydada istifadə olunur.


07:47 06.07.2016
Xəbər lenti
Bütün xəbərlər