KANAL24.AZ
Az Iw En Ru

ACC-nin üzvləri “Yarıdağ-2016” açıq beynəlxalq festivalında iştirak edəcəklər

Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) üzvləri - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutunun elmi işçisi Emil Cəbrayılov və informasiya texnologiyaları mütəxəssisi Üzeyir Mikayılov iyulun 9-dan 16-dək Rusiya Federasiyasının Dağıstan Respublikasında turizmin ekstremal növləri üzrə keçiriləcək “Yarıdağ-2016” açıq beynəlxalq festivalında iştirak edəcəklər. Festival Dağıstanın Turizm və Bədii Sənətkarlıq Nazirliyi, Rusiya Fövqəladə Hallar Nazirliyinin Axtarış Xilasetmə Dəstəsi, Dağıstanın İdman Turizmi Federasiyası tərəfindən təşkil olunub.

İnstitutdan bildirilib ki, tədbirdə ekstremal vəziyyətlərdə praktik bilik və bacarıqlardan istifadə, dağlıq ərazilərdə turizm və alpinizmin inkişafı, sağlam həyat tərzinin və fəal istirahət növlərinin təbliği və digər məsələlər müzakirə olunacaq.

ACC-nin üzvləri proqram çərçivəsində Azərbaycanın Rusiya ilə sərhədində yerləşən və ölkəmizin ən yüksək zirvəsi olan Bazardüzü dağına (4466 metr) yürüş edəcək, orada Azərbaycanın və ACC-nin bayrağını dalğalandıracaqlar.


07:39 06.07.2016
Xəbər lenti
Bütün xəbərlər